Tarix : 2017 Dec 02
Kod 53596

Gözəl Bayramlı məhkəmə haqqında: Verilən sifarişi icra edin

Qazax Rayon Məhkəməsində AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının işi üzrə məhkəmənin dekabrın 1-də hazırlıq iclasında vəkil Elçin Sadıqovun qaldırdığı ona yaxın vəsatətin heç biri təmin olunmayıb.

Aeannews:meydan.tv-istinadən xəbər:Azadlıq radiosunun məlumatına əsasən, hakim Ağarza Səmədov bildirib ki, vəsatətlər əsassız olduğuna görə təmin olunmur. 
Vəsatətlər G.Bayramlı haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəzlənməsi; Qazaxdakı “Sınıq körpü” sərhəd-buraxılış məntəqəsində olan videogörüntülərin alınması; AXCP sədri Əli Kərimli, partiyanın üzvü Solmaz Hüseynova və keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin məhkəmədə əlavə şahid kimi dindirilməsi və s. haqda idi.
Hakim deyib ki, adları çəkilən şəxslər hadisə yerində olmayıb, ona görə onların dindirilməsinə ehtiyac yoxdur. 
Videogörüntülər də artıq silinib, ona görə bu vəsatətin təmin edilməsinin əhəmiyyəti qalmır. Həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün də əsaslar yoxdur.
Vəsatətlərin heç birinin təmin olunmamasına G.Bayramlı belə reaksiya verib: “Bu bir oyundur, hər kəs də bilir. Daha niyə uzadırsız, birdəfəlik verilən sifarişi icra eləyin, hökmü oxuyun, çıxım gedim”.
Məhkəmə baxışı dekabrın 13-nə təyin olunub.
AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.
O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib

  • Yazılıb
  • da (də) 2017 Dec 02
  • Göndərən مدير سايت Aran News