Tarix : 2017 Nov 29
Kod 53578

ABŞ Yaxın Şərqdə məğlub oldu… Bəs İŞİD-dən sonra hansı canavar yaradılacaq

Bötük Britaniyanın “Independent” qəzetinin Yaxın Şərq yazarı Robert Fisk ABŞ-ın Yaxın Şərqdə tamamilə təsirsiz hala gəldiyini yazıb.

Arannews-Fisk bölgənin gələcəyi üçün də qaranlıq bir tablo çəkərək, İŞİD-dən sonrakı canavarın nə olacağını araşdırıb.
Robert Fisk yazır ki, Yaxın Şərqdə artıq ABŞ xarici siyasəti yoxdur və Vaşinqton Yaxın Şərqdə demək olar ki, tamamilə tənəzzülə uğrayıb.
Robert Fisk, “Regionda korrupsiya və ədalətsizlik aradan getməyib. Artıq heç kim insan haqlarından danışa bilməz. Yaxın Şərqdə terror sona çatmayacaq. İŞİD-dən sonrakı canavar kim olacaq?” , – deyə sual edib.
“Bir zamanlar nəinki ABŞ prezidentinin, hətta ABŞ xarici işlər nazirinin bir açıqlaması Yaxın Şərqdə telefonları yüksək səslə çalmasına səbəb olardı. Hamı narahat olardı. ABŞ liderləri İsraildən hər zaman qorxaraq hərəkət etsə belə, Reyqanlar, Klintonlar və Obamalar regionda həqiqətən təsirə malik idilər. Bəs bu gün qədim Osmanlı İmperiyası əraziləri boyunca qərarları kim verir?
“SƏUDİYYƏNİN VƏLİƏHD ŞAHZADƏSİ UŞAQ KİMİDİR”
Putin, Əsəd, Ərdoğan, Sisi, Makron və Ruhaniyə baxmağınız kifayətdir. Bu gün başlıqlarda yer tutanlar bu adamlardır. Gah İŞİD-i məhv edirlər, gah Suriyanı azadlığa qovuşdururlar, gah kürdləri terrorçu elan edirlər və ya Livan baş naziri Səid Həririni Səudiyyə Ərəbistanında girov saxlanıldığı evindən xilas edirlər. Və vəliəhd Məhəmməd ibn Salman getdikcə daha az təsirli bir görüntü nümayiş etdirir. O, şəxsən müharibə etməyəcəyi yeganə qonşusu İran İslam Respublikası də daxil olmaqla, qonşularını qorxutmaq üçün Yəməni, Suriyanı, Qətəri, Əlcəzayiri və hətta Livanı yox etmək təhdidləri ilə getdikcə əsəbləşib oyuncaqlarını ətrafa tullayan bir uşağa bənzəməyə başlayan şahzadədir.
“İSRAİL HƏMASI DƏSTƏKLƏDİYİNİ UNUTDU”
Beləliklə, yaşadığım Yaxın Şərq müxbirlik etmək üçün 40 ildən uzun müddət əvvəl gəldiyim yerə getdikcə daha az bənzəyir. Və bu, o zamankı ABŞ siyasətinin tez-tez xəyalpərəst olmasına, həmişəkindən daha çox dağılmış vəziyyətdəki bir Sovet İttifaqı tərəfindən balanslaşdırılmasına və bir sıra diktatora (bu insanlar arasında Səddam Hüseyn, Hafiz Əsəd, Ənvər Sədat, İordaniya kralı Hüseyn, Qəddafi və İran şahı) dəstək məsələsində daim təminatlar verilməsinə baxmayaraq, həqiqətdir. Bu, eyni zamanda, Fələstin Qurtuluş Təşkilatı və Ərəfatın hər dəfə bir neçə ildən bir ABŞ və ya İsrail tərəfindən siyahılara alınıb çıxarılmasına baxmayaraq, “terrorçu” sayıldığı bir dövr idi. Əsasında bunlar, israillilərin – bu gün təbii ki, yenidən “terrorçu qəfəsinə alınan – o yaxşı, dostcasına HƏMAS hərəkatını, Ərəfatın Livandakı dövlətçiliyinə qarşı bir balans qurmaq məqsədilə Qəzzada yeni məscidlər açması üçün təşviq etdiyi günlər idi. İsraillilər bu kiçik siyasətlərini faktiki olaraq unutmuş haldadırlar.
O uzaq keçmişdə qalan günlərdə, köhnənin “terrorçularını bu günün” mülayimləri kimi təqdim edən təriqətlərin ortaya çıxacağını, hamımızın içinə Tanrı qorxusu salmaq və təsirlərini dünyaya yaymaq üçün “Əl-Qaidə” və İŞİD kimi tamamilə yeni bir dəhşət ortaya çıxaracağını, hətta bunun Pentaqondakı axmaqları da “apokalipsis” tərifini vermək məcburiyyətində qoyacağını kim ehtimal edə bilərdi ki? Bu gün İŞİD-in məğlubiyyətə uğradığını açıqlayan adamın İran prezidenti olması maraqlıdır. Missiyanın başa çatdığını deyən adam əvvələr Corc Buş olurdu.
 “MAKRON SİSİDƏN İNSAN HAQLARINI SORUŞMADI”
Təbii ki, bu gün Bəşər Əsədi Soçiyə dəvət edən, İran və Türkiyə prezidentləri ilə söhbət edən, ordusu hələ də Suriyada olan və Misirin prezidenti Sisi ilə yaxşı dostluq əlaqələri olan adam Putindir. Fransa prezidenti Emmanuel Makron da Sisini bu ay Parisə dəvət edib, Misirdə 60 min siyasi məhbus olmasına, minlərlə insanın itməsinə və sirli qətllər işlənməsinə baxmayaraq, bir dəfə də olsun insan haqlarından danışmamasını da unutmayın. Bəli, Səid Həririni ər-Riyaddakı dəbdəbəli həbsxanasından çəkib çıxardığı üçün Makrona təşəkkür edilməlidir. Lakin Fransanın Yaxın Şərqdə Rusiyadan daha çox bir islahat qaynağı olacağını da düşünməyin. Əgər Bəşşar Əsəd yenidən hamı ilə müzakirə etməkdən danışırsa, bunu ancaq Putinlə məsləhətləşdikdən və ona (və özünə) Suriyanı xilas etdiyi üçün təşəkkür etdikdən sonra edib.
“ABŞ KÜRDLƏRİ TƏRK EDƏCƏK”
Yaxın aylarda tərk ediləcək, xəyanət ediləcək və ya unudulacaq olan kürdləri və hamısı üç hərfli qısaltmalardan yaranan qəribə adlı qruplaşmaları dəstəkləyən az sayda ABŞ xüsusi təyinatlıları xaricində, ABŞ həqiqətən də bir “Cheshire” pişiyinə çevrilib; Bəzən gözümüzün önündən tamamilə itir. Bəlkə də geriyə yalnız “Cheshire” pişiyinin gülümsəməsi qalacaq. Güman edirəm ki, Yaxın Şərqdə tək sözdən ibarət bir adı olan yeganə silahlı güc də “Hizbullah”dır. Onlar da “terrorçu təşkilatlar” siyahısında –  amma təbii ki, Putinin, “Hizbullah”-ın müttəfiqi Bəşər Əsədi dəstəklədiyi Moskva da deyil.
“DƏYİŞMƏYƏN TƏK ŞEY KORRUPSİYA VƏ BƏRABƏRLİKDİR”
Neçə ildir dəyişməyən şey isə Yaxın Şərqdəki ərəb və müsəlman xalqların yaşadığı ədalətsizlik, yoxsullaşma, təhsil cəhaləti, qorxu və nifrətdir. Mühiti amerikalılardan təhvil alan yeni liderlərin biri belə ərəb dünyasının ən böyük xəstəliyi olan korrupsiyanı, bərabərsizliyi və Osmanlı İmperiyasının çökərkən miras qoyduğu tayfa siyasətini aradan qaldırmaq üçün heç bir şey etmir. Humanizm inkişaf etmək yerinə geri gedir. Bölgə kontekstində insan haqları və mülki hüquqlardan söz açılmır. Dərin dövlət diktatorlarını, qəddar polis işçiləri və generalları sevmələri üçün öz xalqlarını bir daha uşaq yerinə qoyan Misir kimi nümunələrdə, böyük Ərəb inqilabları da öz-özünü məhv etdi. Bəlkə Səudiyyə Ərəbistanda hələ də inqilab baş verə bilər. Şahzadələrin bir-birini həbs etməsindən sonra həmişə krallığın sonunun başlanğıcı ola biləcəyini düşünmüşəm.
 “İŞİD-DƏN SONRA NÖVBƏTİ ƏJDAHA NƏ OLACAQ?”
Amma Yaxın Şərqin dağıdılmış və xarabalığa dönmüş simasında nikbin olmaq üçün az səbəb var. “Əl-Qaidə”-nin, İŞİD-in, İraq-Suriya çölləri ilə yanaşı Sinada, Malidə, Afrika miqyasında hələ də varlığını davam etdirən silahlı, qorxulu adamlar olmasını unutmamalıyıq. Bəs növbəti əjdaha nə olacaq? Bu günə nisbətən, 1970-ci illərin o görkəmli günləri olduqca sakit görünür. Demək olar ki, o köhnə, yolsuz Fələstin Qurtuluş Təşkilatının qayıtmasını istəyə bilərsiniz. Belə ki, bu günlərdə bir “Chesire” pişiyinə belə yaxınlaşmayan ciddi Amerika xarici siyasətinin qayıdışı da rahatlatıcı ola bilər.”

 
  • Yazılıb
  • da (də) 2017 Nov 29
  • Göndərən مدير سايت Aran News