Tarix : 2017 Nov 22
Kod 53492

Maltada qətlə yetirilmiş jurnalistin işini beynəlxalq qrup araşdıracaq

Hollandiyalı, ingilis, FBİ və EUROPOL Daphne Caruana Galizia cinayəti araşdırmalarına kömək edir və polis əhəmiyyətli irəliləyişlər edilәn kimi bir mətbuat konfransı təşkil edəcək.


Arannews-Daxili işlәr naziri Farrugia bildirib ki, polis Daphne Caruana Galizia’nın öldürülməsini araşdırarkәn çoxsaylı xarici mütәxәssislәrlә görüşlәri davam etdirib. İstintaqı başladan hüquqşünas Antoni Vella xarici ölkә mütәxәssislәrdәn yardım istәyib.
Simon Busittilin parlamentdә Caruana Galizia cinayəti araşdırmalarında hər hansı bir irәlilәyişin olması haqqındakı sualına cavab verən daxili işlәr naziri Farrugia; “hollandiyalı mütәxәssislәr, FBİ, AVROPOL və İngiltәrә hökuməti tərəfindən göndərilən bir ekspertin onlara işin araşdırılması üçün kömək etdiyini bildirib.”
Farrugia araşdırmaların davam etdiyini izah edib və mәhkәmә tәrәfindәn ortaya çıxarılan faktlarla bağlı isә mәlumat әldә etmәk üçün müraciәt edә bilmәdiyini bildirib.
Farrugia bu işlә bağlı kömәyә ehtiyacı şәxslәrlә bağlı mәlumatlandırıldığını vә xarici ölkә ekspertlәrinin ehtiyac olan zaman tәmasda olmalarını asanlaşdırmaq üçün Maltadakı xarici ölkә səfirliklərindәn kömək istədiklәrini bildirib.
Busuttil Farrugiadan istintaqa yardım etmək üçün Maltaya hansı ölkәlәrdәn hansı ekspertlərin gәldiyinin dəqiqləşdirməsini dә xahiş edib.
Farrugia istintaqın gedişatında baş verən hadisələr haqqında çox məlumat verə bilməyəcəyini vurğulayıb. O, bildirib ki, bu istintaqın gedişinə zərər verə bilər.
Busittil bildirib ki, polis konkret və əhəmiyyətli irəliləyişlər әldә edәn kimi istintaqın getdiyi mərhələni izah etmək üçün başqa bir mətbuat konfransı təşkil edəcək.
Farrugia əlavə edib ki, istintaqın gedişini dəstəkləməlәri üçün müxtəlif xarici ölkələrlə əlaqələr qurulub.
Bununla yanaşı, bir neçə başqa xarici hökumət könüllü olaraq yardım göstərməyi təklif etmişdi. Baxmayaraq ki, onlardan yardım tələb olunmamışdı.
azadliq.info

  • Yazılıb
  • da (də) 2017 Nov 22
  • Göndərən مدير سايت Aran News