Tarix : 2017 Sep 20
Kod 52828

Polislər İslam Partiyası üzvlərinin toplantısını dağıtdı

Jurnalist Arzu Abdulla təzyiqlərə məruz qaldığını deyir
Arannews-meydan tv: Sentyabrın 19-da 25 illik yubileylərini qeyd etmək istəyən İslam Partiyasının üzvləri ilə polis arasında insident yaşanıb. Hadisə Binəqədi rayonu ərazisində yerləşən "Kəmalə-Nərmin" şadlıq evinin qarşısında baş verib. 
Bu barədə Meydan TV-yə hadisə yerində olan jurnalist Arzu Abdulla məlumat verib.
“İslam Partiyası 25 illik yubileyini keçirmək istəyirdi. Tədbirin başlanmasına yarım saat qalmış 5-ci polis bölməsinin əməkdaşaları şadlıq evini əhatəyə aldı və bildirdilər ki, suda zəhərlənmə aşkarlandığı üçün tədbirin keçirilməsi mümkünsüzdü. Bundan sonra ora yığılan tədbir iştirakçılarını zorla qovmağa başladılar”.
Jurnalist çəkiliş zamanı polislər tərəfindən fiziki təzyiqə məruz qaldığını deyir:
"Polislər, xüsusilə mülki geyimlilər çox aqressiv və zorakı davranırdı. Mülki geyimlilərdən biri məni vurandan sonra telefonumu aldı. Sağ qolum əzilib. Baş verənlər rejissor, ictimai xadim Eldəniz Quliyevin gözü önündə baş verdi. Eldəniz Quliyev polisdən telefonumu istədikdə, təhqiramiz ifadələrlər rədd cavabı alırdı. Çox isrardan sonra telefonumu ala bildim".
A.Abdulla qarşılaşdığı kobudluqla bağlı prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini deyir:
"Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin polisləri hadisə zamanı çox tərbiyəsiz davrandılar, hətta şadlıq evində toya gələn qonaqları da vururdular
  • Yazılıb
  • da (də) 2017 Sep 20
  • Göndərən مدير سايت Aran News