Tarix : 2017 Sep 18
Kod 52810

İŞİD Mosulda ikinci tarixi məscidi viran qoydu

Şəbistan Xəbər Agentliyinin ərəb mətbuatına istinadən verdiyi məlumata görə, Neynava yerli hakimiyyət orqanları məlumat yayıblar: İŞİD terror təşkilatının ünsürləri Osmanlılar dönəminə aid tarixi keçmişə malik olan Neynava vilayətinin ikinci tarixi məscidini dağıdıblar.

Arannews:Şəbistan Xəbər Agentliyinin ərəb mətbuatına istinadən verdiyi məlumata görə, Neynava yerli hakimiyyət orqanları məlumat yayıblar: İŞİD terror təşkilatının ünsürləri Osmanlılar dönəminə aid tarixi keçmişə malik olan Neynava vilayətinin ikinci tarixi məscidini dağıdıblar.

Məlumatda qeyd edilir: İŞİD yaraqlıları Mosulun mərkəzi yerlərindən sayılan Əl- Meydan məntəqəsinə hücum çəkiblər və buradakı tarixi “Həmul- Qədd” ( Hamo- Kado) məscidini buldozerlərlə dağıdıblar.
“Abdulla Çələbi ibn Məhəməd ibn Əbdülqadir” camesi “Həmul-Qədd” ( Hamo- Kado) məscidi kimi tanınırdı. Bu məscid 1880-cı ildə tikilmişdir.
Üç gün bundan qabaq İŞİD yaraqlıları Babul- Cədid məntəqəsində “Məhəmməd Əbariqi” məscidini də dağıtmışdılar.

  • Yazılıb
  • da (də) 2017 Sep 18
  • Göndərən مدير سايت Aran News