Tarix : 2017 Sep 17
Kod 52801

Abbas Hüseyn hәbsxanada tәhdid edildiyini deyir

Abbas Hüseyn: “Hər gün məni yenə qandallayıb karsa salacaqları və cəzalandıracaqları ilə hədələyirlər. Davamlı məni qıcıqlandırıb provakasiyaya çəkmək istəyirlər. Hətta burda öldürəcəkləri ilə hədələyirlər”.
 Arannews: Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş, Qobustandakı qapalı həbsxanada cəza çəkən Abbas Hüseynə qarşı yeni təxribat hazırlandığı bildirilir.
Məlumata görə, Abbas Hüseyn bu gün yaxınları ilə telefon əlaqəsi saxlayaraq bildirib ki, saxlanıldığı Qobustan həbsxanasında təhdid olunur.
Durumun artıq dözülməz həddə çatdığını yaxınlarına bildirən Abbas Hüseyn deyib: “Hər gün məni yenə qandallayıb karsa salacaqları və cəzalandıracaqları ilə hədələyirlər. Davamlı məni qıcıqlandırıb provakasiyaya çəkmək istəyirlər. Hətta burda öldürəcəkləri ilə hədələyirlər”.

 
  • Yazılıb
  • da (də) 2017 Sep 17
  • Göndərən مدير سايت Aran News