Tarix : 2017 Jul 04
Kod 52151

Səfir: Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda proses deyil, nəticə vacibdir

“1997-ci ildən fəaliyyət göstərən Minsk qrupu hələ də lazım olan nəticəni əldə edə bilməyib”.
islamazeri.com-un APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində deyib.
O bildirib ki, BMT TŞ-nin 3 daimi üzvünü özündə birləşdirən format kifayət qədər ciddi görünür: “Məhz bu 3 ölkə nəhəng siyasi yükə və müvafiq təcrübəyə malikdir, Rusiya isə nəinki coğrafi olaraq Cənubi Qafqaza yaxındır, həmçinin bizi ortaq tarixi bağlar birləşdirir. Azərbaycan tərəfi hər zaman bəyan edir ki, münaqişənin həlli istiqamətində lazımi addımlar atmağın vaxtı gəlib çatıb. Azərbaycan torpaqlarının işğalı ilə xarakterizə olunan mövcud status-kvo qəbuledilməzdir. Bu barədə 2009-2013-cü illərdə qəbul olunan bəyanatlarında həmsədr ölkələrin başçıları da qeyd ediblər. Hazırda real nəticələr əldə etmək məqsədilə substantiv danışıqların davam etdirilməsi şəraitini təmin etmək lazımdır. Bir daha qeyd edim ki, danışıqlar predmet xarakterli olmalıdır. Yəni proses deyil, nəticə vacibdir”.

  • Yazılıb
  • da (də) 2017 Jul 04
  • Göndərən مدير سايت Aran News