Tarix : 2017 Jul 02
Kod 52136

Fərəc Quliyev: Məscidin sökülməsində heç bir siyası məqam yoxdur

İyunun 30-da aprel ayından bəri mübahisəyə çevrilən Hacı Cavad Məscidi söküldü. Səhərisi Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı bu addımı müsbət qiymətləndirdi və “bu mövzu altında kimlərsə hay-küy qaldırırlarsa, dinimizə deyil, başqa məqsədlərə xidmət edirlər”- deyə bildirdi.
Meydan tv-Mübariz Qurbanlının açıqlamasından 3 saat sonra Yasamal rayonunun İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyev vəzifəsindən azad olundu, bir saat sonra isə prezidentin köməkçisi Əli Həsənov məscidin sökülməsində icra başçısını günahlandırdı. 
Yaranmış durumla bağlı Meydan TV-nin suallarını cavablandıran deputat Fərəc Quliyev bildirir ki, son olaraq prezidentin köməkçisinin açıqlamasına istinad etmək lazımdır. Çünki ən dəqiq məlumatı ən yuxarı instansiyadan verə bilərlər:
"Cənab Əli Həsənovun bu barədə açıqlaması kifayətdir. Yanaşma bu idi ki, məscid üçün yer ayrılır, tikinti başlayır, iş başa çatanadan sonra köhnə məscid sökülür. Prezidentin köməkçisinin dediklərinə görə, tələskənliyə yol verən, özbaşınalıq edən icra başçısı olub. Bu da anlaşılmazlıq, yaxud özbaşınalıq kimi qiymətləndirilib. Bütün hallarda yeni məscid tikiləcəkdisə, vətəndaşların narazılıqlarına yer qalmayacaqdı. Ümumi götürdükdə, dini, yaxud başqa bir tarixi abidə olsun, qorunmasının tərəfdarıyam. Amma ərazidə abadlaşdırma aparılısa, təmizlənmə işləri görülürsə, ardınca da yeni məscid inşa olunursa, artıq vətəndaşlarla hakimiyyət arasında gərginlik yaratmağa ehtiyac yoxdur. Əgər heç bir tikili olmadan məscid sökülsəydi, prezidentin də reaksiyası olmasaydı, o başqa məsələ. Məncə, reaksiyalar da, atılacaq addımlar da normaldır və dindarları qane edəcək”.
“Məscid sökülərkən DİN-ə tabe olan Çevik Polis Alayı da iştirak edib, deməli, İbrahim Mehdiyev təkbaşına qərar qəbul etməyib. O, kiminsə göstərişini yerinə yetirməyibmi” sualına F.Quliyev cavab verib ki, o, rəsmi məlumatların əsasında münasibət sərgiləyə bilər:
“Prezidentin köməkçisi kifayət qədər əsaslı mənbədir. Mən yalnız onun dedikləri haqda nəsə deyə bilərəm. Başqa məqamlara şərh verməyim doğru olmazdı”.
Deputat söküntü işlərinin İslam Oyunlarından əvvəl yox, sonra gerçəkləşməsinin siyasi məqamlarının olub-olmadığı haqda suala belə cavab verib:
“Heç bir siyasi məqam yoxdur. Təqdimatda jurnalistlərin də üzərinə müəyyən məsuliyyət düşür ki, belə halları normal şəkildə çatdıra bilək. Baş verən hadisələr göstərdi ki, əgər sonucda yeni məscid tikilib dindarların istifadəsinə veriləcəkdisə, bunu mənfi yerə yozub qarşıdurma yaratmağa ehtiyac yoxdur. Hazırda şəhərin mərkəzi 





  • Yazılıb
  • da (də) 2017 Jul 02
  • Göndərən مدير سايت Aran News