Tarix : 2017 May 28
Kod 51802

Naxçıvanda “İmam Xomeyninin(ə) ürfanı, əxlaqı və tərbiyəsinin araşdırılması” mövzusunda ixtisaslaşdırılmış seminar keçirilib

Naxçıvan Muxtar Respublikasında “İmam Xomeyninin(ə) ürfanı, əxlaqı və tərbiyəsinin araşdırılması” mövzusunda ixtisaslaşdırılmış seminar keçirilib
İranın Teleradio Təşkilatının Bakı ofisinin verdiyi məlumata görə, Naxçıvanlı mədəniyyət, elm, incəsənət və din xadimlərinin habelə, ölkəmizin elmi mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi bu seminarda Şahid Universitetinin tələbə məsələləri üzrə rektor müavini Dr.Fərzad Cəhanbin “İmam Xomeyni(rə) ürfanının İslam İnqilabının formalaşmasında rolu” və Tehran Universitetinin elmi heyətinin üzvü Dr.Nasir Məsumi “Gündəlik həyatda İmam Xomeyninin(rə) ürfani siması” adlı məqalələr təqdim ediblər. Həmçinin, Naxçıvan Elmlər Akademiyasının müəllimi Ramiz Qasımov bu seminarda İmam Xomeynini(rə) 20-ci əsrin xalq liderlərindən biri adlandırıb və deyib: Onun rəhbərliyi sayəsində İranda İslam İnqilabı formalaşdı və bu gün də onun aydın yolunun davam etdirilməsi sayəsində İranın müxtəlif sahələr üzrə inkişafının və davamlı təhlükəsizliyinin şahidiyik.
Ölkəmizin Naxçıvandakı baş konsulu Mənsur Ayrım da bu seminarda deyib: İmam Xomeyni(r.ə) insansevərlik və sülhsevərlik baxışlarına və məntiqə istinad edərək, İran İslam İnqilabını dünyanın uğurlu inqilablarından birinə çevirdi.
Bu seminar İmam Xomeyninin(rə) həyatı ilə bağlı sənədli filmin nümayiş etdirilməsi, İmam Xomeyni(rə) barədə fotosərginin təşkil edilməsi və İmam Xomeyni(r.ə) barəsində kitabın təqdimat mərasiminin keçirilməsi ilə yanaşı olub.
Bu sərgi ölkəmizin Naxçıvan Muxtar Respublikasındakı baş konsulluğunun təşəbbüsü habelə, İran və Naxçıvanın elmi-mədəni mərkəzlərinin əməkdaşlığı ilə keçirilib.











  • Yazılıb
  • da (də) 2017 May 28
  • Göndərən مدير سايت Aran News