Tarix : 2017 May 09
Kod 51634

Ziya Məmmədovun kadrı işdən çıxarıldı

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəhbəri Elnur Abdullayev tutduğu vəzifədən azad edilib.
İslamazeri.com-un Baku.ws-ə istinadən məlumatına görə, onun işdən azad edilməsi yenicə reallaşıb. Elnur Nazim oğlu Abdullayevin başqa vəzifəyə təyinat alacağı gözlənilir.

Xatırladaq ki, Nəqliyyat naziri Ziya Məmmədovun 03 avqust, 2015-ci il tarixli əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi. O, eks-nazirin oğlu Anar Məmmədovun yaxın dostudur.

Bundan əvvəl isə E.Abdullayev "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb.
  • Yazılıb
  • da (də) 2017 May 09
  • Göndərən مدير سايت Aran News