Tarix : 2017 May 01
Kod 51595

İş yerlərində kütləvi ixtisar dalğası gəlir

Hökumət maliyyə böhranı ilə bağlı iş yerlərində yeni və ciddi ixtisara hazırlaşır. Bu barədə azadliq.info-ya məlumatlı mənbələrdən bəlli olub.
Arannews nur-az-a istinadən : Məlumatlara görə, ən ciddi zərbə ali məktəblərə dəyəcək. Artıq universitetlərdə ixtisarlara start verildiyi deyilir. İddia olunur ki, proses yüzlərlə işçini əhatə edəcək. Bəzi universitetlərdə artıq işdən çıxarılma barədə ərizələrin yazdırılmasına başlanlılıb. İşçilərə açıq şəkildə deyilir ki, ixtisarlar böhranla bağlıdır.
Bəzi universitetlərdə isə artıq onlarla işçi azad edilib. Həmin universitetlərdən biri Sumqayıt Dövlət Universitetidir. Məlumatlara görə, burada onlarla əməkdaş işdən çıxarılıb, xeyli sayda müəllimə isə iş tapmaq üçün 2 ay vaxt verilib.
Məlumatda o da qeyd edilir ki, bir-birlərini təkrar edən ali məktəblər də birləşdirilə bilər.

İxtisarlar dalğası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən də yan keçməyib. Bildirilir ki, nazirliyin Sumqayıt İdarəsində 18 nəfərlik şöbə ləğv edilib.

Bundan başqa, ixtisarların səhiyyə sahəsini də əhatə edəcəyi bildirilir. Xəstəxanalarda bəzi şöbələrin ləğv ediləcəyi deyilir.
  • Yazılıb
  • da (də) 2017 May 01
  • Göndərən مدير سايت Aran News