Tarix : 2017 May 01
Kod 51594

TӘCRIDXANADA ÖLӘN SIYASI MӘHBUS GIZLINCƏ DƏFN EDILIB

Aprelin 28-də Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişən (intihar etdiyi deyilir) siyasi məhbus Mehman Qələndərov artıq dəfn edilib.
Arannews.com-Onu aprelin 30-u səhər saatlarında Zabrat qəsəbəsinə aid qəbristanlıqda, ata-anasının məzarı yanında torpağa tapşırıblar (qəbristanlıq Kürdəxanı təcridxanasının yaxınlığında yerləşir). Dəfn məxfi şəraitdə təşkil edilib. Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu barədə məlumat ala bilib və bir neçə ictimai fəalla birlikdə axtarışlardan sonra M.Qələndərovun qəbrini tapıb.

M.Qələndərovun öz ailəsi yoxdur. Qohumlarına isə ölüm faktının üzərində təftişçilik etməmək üçün təzyiq göstərildiyi deyilir.

Bu arada Baş Prokurorluq M.Qələndərovun ölümü ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilməklə məhkəmə tibbi ekspertizası təyin olunub.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Mehman Qələndərovla bağlı yeni məlumat paylaşıb:

“Onun intiharı barədə məlumatı ictimailəşdirdikdən sonra mənə çoxsaylı müraciətlər və zənglər, eyni zamanda təzyiqlər edilir. Önəmlisi odur ki, aldığım məlumatlara görə Penitensiar Xidmətin Mehmanın hazırda öz kamerasında sağ- salamat olması ilə bağlı yaydığı biabırçı yalan məlumatdan sonra onun nəşinin yaxınlarına verilməsindən imtina olunub (!?). Hökümət Mehman Qələndərovu gizlicə dəfn etmək istəyir (!?). Mehmanın atası, anası və öz ailəsi yoxdur. Qohumlarına ciddi təzyiqlər var və onlar nəzarət altındadır. Hətta əldə etdiyim məlumata görə ona yas vermək də qadağan olunub. Bütün bunlar isə Mehmanla bağlı bu gün sosial şəbəkələrdə onun müəmmalı intihar xəbərinin yayılması və Penitensiar Xidmətin biabırçı təkzibidir. Hökümət təkzibinin girovuna çevrilib. İstəyir ki, Mehman haqqında heç kim heç nə yazmasın və soruşmasın. Bu olayı gizlicə yola versin. Əslində baş verənlər- ölümün təkzibi, nəşin verilməməsi, gizlincə dəfn istəyi, qohumlara və bizlərə təzyiq Mehmanın intihar olayının arxasında daha ciddi məqamların dayandığını deməyə əsas verir”.

Mehman Qələndərovun bacısı Mərziyyə xanım qardaşının intihar etdiyini “Amerikanın səsi”nə təsdiq edib.

“Biz hələ intiharın səbəbini bilmirik. Həyat yoldaşım onun cəsədini morqdan götürmək üçün gedib”, o qeyd edib.

Mehman Qələndərov Milliyyətçi Demokrat Partiyasının fəalı olub.

Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı “Amerikanın səsi”nə deyib ki, bu gün saat 14 radələrində Mehman Qələndərovun cəsədini Sabunçu rayonundakı xəstəxananın morqunda özü görüb:

“Bu gün səhər təcridxanada Mehmanla görüşməli idik. Mənə zəng edib onun rəhmətə getdiyini dedilər. Özüm morqa getdim, onun üzünü açdırdım baxdım, boğazındakı kəndir izlni, bədənindəki zədələri, tikişləri öz gözlərimlə gördüm. Bacısının həyat yoldaşı Yaqub onun cəsədini morqdan götürdü”

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi Mehman Qələndərovun təcridxanada öldüyü barədə yayılan xəbəri təkzib edib.

“1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə əlaqə saxlamışıq. Bildirib ki, yayılmış məlumatlar tam yanlış və yalandır. Mehman Qələndərov sağ-salamatdır. Heç bir şikayəti də yoxdur” – deyə, ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı “Amerikanın səsi”nə bildirib.

Tәcridxanada ölәn siyasi mәhbus gizlincə dəfn edilib FOTO

 Siyasi motivlərlə həbs edildiyi bildirilən Mehman Qələndərov Kürdəxanı İstintaq Təcridxanasında ölüb. Onun özünü asaraq, intihar etdiyi deyilir. Hadisə aprelin 28-də baş verib.

M.Qələndərov sosial şəbəkələrdə fəal tənqidçi mövqeyi ilə fərqlənib, etiraz aksiyalarının fəal iştirakçısı olub. Ötən il Konstitusiyaya edilən dəyişikliyə etiraz əlaməti olaraq, Tbilisidə Azərbaycan səfirliyi önündə keçirilən “Biz kral istəmirik!” aksiyasının təşkilatçılarından və iştirakçılarından biri olub. O, “heykəl məhbusları” Qiyas İbrahim və Bayram Məmmədova azadlıq tələbilə H.Əliyevin heykəli önündə aksiya da keçirmişdi.
M.Qələndərov 2005-ci il parlament seçkilərində Sabunçu seçki dairəsindən deputatlığa namizəd də olub.
M.Qələndərov bu ilin 7 fevralında, Tbilisidən Bakıya qayıtdıqdan sonra narkotik ittihamı ilə həbs olunub. Barəsində 3 ay həbs-qətimkan tədbiri seçilmişdi.
M.Qələndərov Tbilisidə “Biz kral istəmirik!” aksiyasında (ortada, əlində vicdan məhbusu Seymur Həzinin fotosunu tutub)

  • Yazılıb
  • da (də) 2017 May 01
  • Göndərən مدير سايت Aran News