Tarix : 2017 Feb 08
Kod 51208

Azərbaycanda Xəstəxanaların fəaliyyəti dayandırılır

10 xəstəxana və tibbi məntəqəsi bağlanıb.
Arannews- Azərbaycanda 10 xəstəxanın fəaliyyəti dayandırıldı.
"Maliyyələşdirə bilmədiyimiz üçün bağladıq."
Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən yanvarın 1-dək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib. Bu səbəbdən özünü təmin edə bilməyən xəstəxanaların fəaliyyəti dayandırılıb.
Salyan Dəmir Yolu Xəstəxanasının bağlanması nəticəsində orada işləyən 40-a yaxın qadın işçi etiraz edib. Onlar Astaradan Bakıya gələn 59 saylı sərnişin qatarının hərəkətini Salyan stansiyasında dayandırıb və işə bərpa olunmalarını istəyiblər.
 “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, Maliyyə Nazirliyinin məktubuna əsasən bu müəssisələrin maliyyələşdirilməsinin dayandırılması və onların özünü təmin etmə prinsipinə keçidi haqqında qərar qəbul edilib. Həkim və sanitar xidmətələrə vəsait ayılmadığı üçün bəzi xəstəxanalar təsərüffat hesablı edilib, bəziləri is bağlanılıb.
 “Salyan Dəmiryol Xəstəxanasını da maliyyələşdirə bilmədiyimiz üçün bağladıq. Ona görə işçilər arasında belə ajiotaj yaranıb. Bu səbəbdən qatar 25 dəqiqə gecikib. Başqa bir problem olmayıb”.
S.Qədirova bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin rayonlarda 10 xəstəxana və tibbi məntəqəsi bağlanıb.
 “Bunlar Kürdəmir, Ucar, Lənkəran, Yevlax Dəmiryol Ambulatoriyası, Salyan Dəmiryol Xəstəxanası, Hacıqabul Dəmiryol Xəstəxanası, Mincivan Dəmiryol Xəstəxanası, Gəncə Dəmiryol Gigiyena və Epidemiologiya Mərkəzi, İmişli Gigiyena və Epidemiologiya Mərkəzi, Taun Əleyhinə Stansiyadır. Rayonlarda fəaliyyət göstərən xəstəxana və məntəqələrin hər birində ən azı 60 ştat olub”.


  • Yazılıb
  • da (də) 2017 Feb 08
  • Göndərən مدير سايت Aran News