Tarix : 2017 Feb 06
Kod 51198

Azərbaycanlı hərbiçinin meyiti geri qaytarıldı

Təhvilvermə beynəlxalq sərhəddə - Ermənistanın İcevan və Azərbaycanın Qazax şəhərləri arasındakı yolda baş tutub.
Arannews- Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) şəhid Çingiz Qurbanovun nəşinin geri qaytarılması barədə məlumat yayıb.
BQXK-dən verilən məlumata görə, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı azərbaycanlı hərbiçini meyiti geri qaytarılıb.
Təhvilvermə beynəlxalq sərhəddə - Ermənistanın İcevan və Azərbaycanın Qazax şəhərləri arasındakı yolda baş tutub. 
BQXK 29 dekabr 2016-cı ildə beynəlxalq sərhəddə baş verən hadisədən dərhal sonra əsgərin nəşinin qaytarılması üçün öz neytral vasitəçi xidmətlərini təklif edib. Keçən il Dağlıq Qarabağ münaqişəsinin aprel gərginləşməsindən sonra BQXK tərəflərə bir neçə dəfə meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirməsinə dəstək verib. BQXK həmçinin, meyitlərin qaytarılmasında da yardımçı olub.

  • Yazılıb
  • da (də) 2017 Feb 06
  • Göndərən مدير سايت Aran News