Tarix : 2017 Jan 31
Kod 51166

ilahiyyatçının yeri məlum olub

Əhsən Nuruzadə, yanvarın 24-də saat 17:00-da evdən çıxıb və geri qayıtmayıb.
Arannews- Yanvarın 24-də itkin düşmüş dindar Əhsən Nuruzadənin yeri məlum olub. 6 gün sonra onun ailəsinə DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində (MCMİ) olduğunu bildiriblər. Bu barədə Nuruzadənin ailəsi "Turan" İA-ya bildirib. Onlara bazar günü məlumat verilib. Amma saxlanma səbəbləri haqqında ailəyə heç bir məlumat verilməyib.
Bazar ertəsi səhər saatlarında Nuruzadəni müdafiə edən vəkil Yalçın İmanov MCMİ-yə dəvət olunub. O, hazırda oradadır.
Əhsən Nuruzadə ilahiyyatçı Taleh Bağırzadə və digər 17 şəxslə bağlı "Nardaran işi" üzrə məhkəmə iclaslarında daim iştirak edirdi. O, yanvarın 24-də saat 17:00-da evdən çıxıb və geri qayıtmayıb. Bütün bu müddət ərzində ailə üzvlərinin bütün instansiyalara - DİN başçısı Ramil Usubova, müxtəlif polis bölmələrinə, Ombudsman Aparatına, BQXK-yə müraciət etməsinə baxmayaraq Nuruzadənin harada olduğunu öyrənmək mümkün olmamışdı.


  • Yazılıb
  • da (də) 2017 Jan 31
  • Göndərən مدير سايت Aran News