Tarix : 2016 Sep 27
Kod 50351

Səudiyyə kralı nazirlərin maaşını kəsir

Səudiyyə Ərəbistanı kralı nazirlərin maaşlarını 20 faiz azaldıb

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin göstərişi əsasında nazirlərin və deputatları maaşlarını 20 faiz azaldılıb.
Arannews xəbər verir ki, Ərəbistanın Əl-Əxbariyə dövlət kanalı  bildirib ki, bu göstərişə əsasən dövlət qurumlarında çalışan şəxslərində maaşları 20 faiz azaldılır.
İlk dəfədir ki, Səudiyyə Ərəbistan dövlət işçilərinin maaşlarının azaldılması ilə bağlı rəsmi bəyaant verir. Bu ölkədə  çalışan işçilərin üçdə ikisi  dövlət qulluğunda çalışır. 
Neft qiymətinin aşağı düşməsi ilə zəngin enerji yataqlarına sahib olan Fars Körfəzinin ərəb ölkələri dövlət xərclərini və digər xərclərdə qənaət etmək məcburiyyətində qalıblar.
Səudiyyə Ərəbistan  ötən il  neft qiymətinin aşağı düşməsi ilə öz büdcəsində 100 milyard dollar kəsri olub ki, bu rəqəm indiyədək olmamışdı.  Bu ölkə  öz büdcə kəsrini təmin etmək və xərcləri azaltmaq üçün  yeni yollar axtarışına düşüb. 
Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı hakimiyyəti məmurlar üçün sərf olunan mənzil, mebel və şəxsi nəqliyyat xərclərini 15 faiz azaldıb.
Səudiyyə Ərəbistan  dövlət işçilərinə  artıq iş saatları və illik məzuniyyət haqqını da  azaldıb və onlara ildə 30 gündən artıq məzuniyyət  verilməyəcəyini qeyd edib. Lakin hərbi əməliyyatlarda iştirak edən  hərbiçilər və zabitlər bu qanundan kənarda qalırlar və onların maaşları azaldırmır. 
Yüzlərlə  Pakistanlı işçi  aylardır  zəhmət haqlarını ala bilmir 
Səudiyyə Ərəbistan tikinti işlərində çalışan  yüzlərlə  fəhlə  aylardır maaşlarını almırlar və bu həftə  bu ölkəni  əli boş tərk etməli olacaqlar. 
Pakistanın Ərəbistandakı səfirliyinin rəsmilərindən Əbdülşükür  Şeyx  elan edib ki, Ərəbistanın Ovciyə şirkətindən  maaşlarını ala bilməyən 405 pakistanlı fəhlə aylardır maaş ala bilmir və əli boş ölkəyə qayıtmaq məcburiyyətindədir.  Ərəbistanın Ovciyə şirkəti 6500 pakistanlı fəhləyə borcludur. 9 aydır ki, onların maaşları  və zəhmət haqları verilməyib. 
Ovciyə şirkəti  həmçinin  Filipin və Hindistandan olan yüzlərlə fəhləyə borcludur. 
Neftin qiymətinin aşağı düşməsi, Səudiyyə Ərəbistanın Suriya,İraqda terrorçuları dəstəkləməsi və Yəmənə təcavüzü  bu ölkənin maliyə resurslarının azalmasına səbəb olub və Ərəbistanı çətin duruma salıb.
  • Yazılıb
  • da (də) 2016 Sep 27
  • Göndərən مدير سايت Aran News