Tarix : 2016 Jul 25
Kod 49765

Fətullah Gülənin “sağ əli” saxlanılıb

Türkiyədə Fətullah Gülənin baş köməkçisi saxlanılıb.
AranNews-un xəbərinə görə, bu barədə “Röyters”ə prezident administrasiyasındakı mənbə bildirib.
Mənbənin məlumatına görə, Halis Hanci Fətullah Gülənin “sağ əli”dir. Onun Türkiyəyə hərbi çevrilişə cəhddən iki gün əvvəl gəldiyi bildirilir.
Qeyd edək ki, ötən gün Türkiyədə Fətullah Gülənin qardaşı oğlu Məhəmməd Səid saxlanılıb. O, hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində Ərzrum vilayətində saxlanılıb.
  • Yazılıb
  • da (də) 2016 Jul 25
  • Göndərən مدير سايت Aran News