Tarix : 2016 Jul 24
Kod 49748

Türkiyədə "Fuat Avni" ovu: xeyli sayda həbs və saxlanılanlar var

Türkiyədə ictimai rəyə ciddi təsir qoyan və Ərdoğan iqtidarına qarşı mütəmadi kompramatlar yayan naməlum bloqçu "Fuat Avni"nin axtarışları davam edir.
AranNews, xəbər verir ki, F. Avninin aşkarlanması üçün İstanbul olmaqla ölkənin 10 rayonunda əməliyyat-axtarış tədbirlər həyata keçirilib, 3 nəfər həbs edilib, 31 şəxs isə şübhəli qismində məhkəməyə təhvil verilib.    
İstanbul Emniyet Müdürlüğü Organize Suçlarla Mücadele Şube Müdürlüğü bölüklərinin təxminən 1,5 ildir davam edən axtarışlarından sonra əməliyyatlar İstanbul, Ankara, Van, Mersin, Kocaeli, İzmir, Bursa, Rize, Amasya və Hatayda təsbit edilən ünvanlarda həyata keçirilib. /Akşam/
  • Yazılıb
  • da (də) 2016 Jul 24
  • Göndərən مدير سايت Aran News