Tarix : 2016 Jul 19
Kod 49698

Bu ölkədə seks-turizminin kökü kəsiləcək

Tailand hakimiyyəti seks-turizminin kökünü kəsməyə qərar verib.
AranNews, “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda turizm naziri Kobkan Vattanavranqkal bildirib. Nazirin sözlərinə görə, ölkə turizmi “keyfiyyətli” turistlərə assosiasiya edilməlidir.
“Biz istəyirik ki, seks-turizminin kökünü kəsək. Turistlər belə şeylərə görə deyil, gözəl mədəniyyətimizə görə Tailanda gəlsinlər”, – o, qeyd edib.Tailandda fahişəlik rəsmən qadağan edilib. Ancaq UNAIDS-in (QİÇS-in profilaktikası üzrə BMT təşkilatı) hesabatına əsasən, 2014-cü ilə olan məlumata görə, Tailandın seks-sənayesində 123,5 min işçi var. Bu sahə ölkənin ümumi daxili məhsulunun 10 faizini təşkil edir.
Qeyd edilir ki, Tailandda əhalinin gündəlik qazancı orta hesabla 8,59 dollardır. Amma seks-sənayesinin işçiləri müştəriləri ilə bir görüş üçün 85 dollara qədər ala bilərlər.
  • Yazılıb
  • da (də) 2016 Jul 19
  • Göndərən مدير سايت Aran News