Tarix : 2016 Jun 18
Kod 49295

Seyid Husi, əsirləri Ramazana görə azad etdi

Yəmənin “Ənsarullah” hərəkatı İslam əxlaqına uyğun addımı ilə ərəb mediası və xüsusilə sosial şəbəkə istifadəçilərinin diqqətinə səbəb olub.
AranNews-un, “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, Yəmənin “Ənsarullah” hərəkatı Umran şəhərində əsir götürdüyü 57 nəfəri sərbəst bıraxıb.
Bundna əlavə iki gün öncə də 130 nəfər hərəkat tərəfindən əsirlikdən azad edilib. Hərəkat rəhbəri Seyid Əbdulməlik Bədrəddin Husi bu addımların rəhmət ayı olan Mübarək Ramazanla əlaqəli olduğunu vurğulayıb.
BMT-nin Yəməndə olan nümayəndəsi hərəkatın bu addımını təqdirə layiq hal kimi dəyərləndirib.
Xatırladaq ki, Səudiyyə və ölkədəki dəstəkçiləri Yəmənə qarşı hücumlarını Mübarək Ramazan ayında da davam etdirirlər. 

  • Yazılıb
  • da (də) 2016 Jun 18
  • Göndərən مدير سايت Aran News