Tarix : 2016 Jun 17
Kod 49294

Pakistan və Hindistandan olan 500 min könüllü insanları aclıqdan xilas edirlər + FOTO

Bir qrup Pakistan və Hindistanlı gənc birləşərək, birgə fəaliyyət göstəriblər.
AranNews, aljazeera.com-a istinadən məlumat verir ki, siyasi cəhətdən münasibətləri elə də isti olmayan bu iki dövlətin gəncləri birləşərək, ümumi düşmənləri aclıqla birgə mübarizə aparıblar.
İki il bundan öncə, Nil Qouz təşəbbüs edərək, 150 nəfəri Nyu-Delidə doyuzdurmaq fikirində olduğunu bildirib. Pakistandan olan Sara Afridi onun bu təşəbbüsünü dəstəklədikdən sonra, bir çox insanlar bu fikirə dəstək verərək, insanlara aclıqla mübarizədə kömək edirlər.
Pakistan əhalisinin 60% -i özünü tam yeməklətəmin edə bilmir. 10 insandan altısı yoxsulluq həddində olan insanlardı. Gənclər hər bazar günü Karaçı, Laxore və İslamabad şəhərlərində ac insanlara ərzaq toplayırlar.
Təşkil olunmuş xeyriyyə aksiyasına dinindən və millətindən asılı olmayaraq, hər bir insan qoşula bilər. 
İndi fəalları - Pakistan, Hindistan, Banqladeş, Malayziya və İndoneziya olmaqla beş ölkənin 23 şəhərində fəaliyyət göstərir. Təxminən 500 000 nəfər insan aclığa qarşı olan bu hərəkata qatılıb.










  • Yazılıb
  • da (də) 2016 Jun 17
  • Göndərən مدير سايت Aran News