Tarix : 2016 Jun 17
Kod 49292

ABŞ Kəşfiyyatı: İŞİD Qərb ölkələrinə diversantlar göndərə bilər

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan İŞİD-in diversantlarından danışıb.
AranNews, “İslamazeri.az”-a istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan xəbərdar edir ki, İŞİD terror təşkiları kifayət qədər diversanta sahibdir  və bu diversantlar Qərb ölkələrinə göndərilə bilərlər.  
“İŞİD-in əlində çox sayda qərbli döyüşçü var, hansılar ki, Qərbdə terror-aktlarını törətmək üçün istifadə edilə bilərlər.” – deyə Brennan bildirib.
O güman edir ki, terrorçular, bəlkə də, artıq bu istiqamət üzrə işlərə başlayıblar və bunun üçün də Yaxın Şərqdən Avropaya olan qaçqın axınından istifadə edə bilərlər.
Associated Press Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennanın cümə axşamı günü etdiyi çıxışdan məlumat yayıb.
Məlumata görə, Brennan düşünür ki, İŞİD-in Liviyadaki qolu dünyanın ən mütəşəkkil və təhlükəli bölmələrindən biridir. Eyni zamanda, İŞİD-in Sinaydaki qolu Misirin ən aktiv terror təşkilatına çevrilib.
Brennan İŞİD-i “təhlükəli düşmən” adlandırır, lakin o, ABŞ-ın rəhbərlik etdiyi koalisiyadaki tərəqqini də qeyd etməyi unutmayıb.
Onun sözlərinə görə, “qruplaşma iki il əvvəl xilafət elan olunan zaman qoyulmuş hədəflərin həyata keçirilməsindən hələ də uzaqdır”. MKİ direktoru qeyd edir ki, İŞİD-in maliyyə gəlirləri azalıb. Lakin o etiraf edib ki, qruplaşma hər ay on milyonlarla dollar əldə edir. Gəlirin əsasını işğal etdikləri ərazidə yaşayan sakinlərə tətbiq edilən vergi və neft satışı təşkil edir.
“Təəssüf ki, İŞİD-lə mübarizədəki bizim bütün uğurlarımız qruplaşmanın bütün dünya üzrə terror aktı törətmək imkanlarını azaltmayıb.” – deyə Brennan əlavə edib.
Qeyd edək ki, bir müddət öncə özünü İŞİD-çi təqdim edən əfqan əsilli amerikalı ABŞ-ın Orlando şəhərində "qey klub"a hücum edərək 49 nəfəri qətlə yetirib. 

  • Yazılıb
  • da (də) 2016 Jun 17
  • Göndərən مدير سايت Aran News