Tarix : 2016 Jun 16
Kod 49276

Sionist rejiminin döyüş təyyarələri Qəzzanı bombaladı

Işqalçi rejimin döyüş təyyarələri dünən Qəzzanın Xan Yunus rayonundakı kənd təsərrüfatı ərazilərini bombalayıb.
AranNews, Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamaya əsasən, hələlik heç bir ölən və yaralananlar barədə məlumat daxil olmayıb. Açıqlamada sadəcə maddi zərərin meydana gəldiyi qeyd olunub.
Sionist İsrailin Kanal 7 televiziyasının xəbərinə əsasən, sionist İsrail ordusu partlayışların Qəzza sərhədində apardıqları sınaq nəticəsində baş verdiyini qeyd edib. Ancaq yerli şahidlər isə İsrail rejiminin döyüş təyyarələrinin Qəzzaya hava hücumu təşkil etdiyini bildirib.
  • Yazılıb
  • da (də) 2016 Jun 16
  • Göndərən مدير سايت Aran News