Tarix : 2016 Jun 16
Kod 49275

Misir adalarınin Səudiyyə Ərəbistanına vermə qərarı şübhə altinda

Misir parlamenti Səudiyyəyə Tiran və Sanafir adalarını verməyi nəzərdə tutan sazişi ləğv edə bilər.
AranNews, xarici mətbuata istinadən xəbər verir ki, Misirin rəsmi xəbər agentliyi MENA-nın xəbərinə əsasən, Şükrü prezident Sisinin Səudiyyə kralı Salmanın aprel ayında Qahirəyə səfəri zamanı adaları Ər-Riyada vermə qərarı ilə bağlı danışıb.
Misir xarici işlər naziri Semih Şükrü ölkədə etirazlara səbəb olan Qırmızı dənizdəki Tiran və Sanafir adalarını Səudiyyə Ərəbistanına vermə qərarının parlament tərəfindən ləğv edilə biləcəyini söyləyib.
Parlamentin beynəlxalq müqavilələri imzalamaq səlahiyyəti olduğunu ifadə edən nazir, parlamentin qərarı ləğv etməsi halında adaların Səudiyyə Ərəbistanına verilməsinə yönəlik Yeni Dəniz Sərhədi Müqaviləsinin "yox" hökmündə sayılacağını qeyd edib.
Ölkədə böyük etirazlara səbəb olan müqavilənin Misirdə ali məhkəmə tərəfindən araşdırıldığı bildirilir.
Misir hökumətinin açıqladığı sənədlərdə Sanafir və Tiran adalarının Səudiyyə Ərəbistanının sərhədləri daxilində yerləşdiyi bildirilmişdi. Müxalifət isə Sisini iki ölkəni birləşdirəcək Qırmızı dənizdəki körpü layihəsi səbəbilə adaları Səudiyyə Ərəbistanına verməklə ittiham edir.
  • Yazılıb
  • da (də) 2016 Jun 16
  • Göndərən مدير سايت Aran News