Tarix : 2016 Jun 16
Kod 49274

Səudiyyə Hillari Klintonun seçki öncəsi kampaniyasını maliyyələşdirəcək

Səudiyyə kralının oğlu bəyan edib ki, onun ölkəsi hər il olduğu kimi ABŞ-da keçiriləcək seçkiləri maliyyələşdirəcək.
AranNews-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, o qeyd edib ki, Səudiyyə rejimi ABŞ prezidentliyinə favorit namizəd olan bu ölkənin sabiq baş katibi Hillari Klintonun seçki öncəsi kampaniyasını maliyyələşdirəcək. Səudiyyə bu kampaniyanın 20% xərcini təmin edəcək. Səudiyyə kralının oğlu bu ay ərzində ABŞ-a səfər edəcək.
Eyni zamanda Səudiyyənin məşhur bloqeri Moctahid bununla bağlı qeyd edib ki, bu xəbər Klinton üçün sözün əsl mənasında baş ağrısına çevrilə bilər. Çünki ABŞ-da seçki öncəsi kampaniya üçün xarici dövlətlərdən vəsait almaq cinayətdir.
Bu arada həmin xəbəri ilk olaraq paylaşan İordaniyanın Petro xəbər agentliyi 1 saat keçdikdən sonra Hillari Klinton haqqında xəbəri silib.
  • Yazılıb
  • da (də) 2016 Jun 16
  • Göndərən مدير سايت Aran News