Tarix : 2016 Jun 14
Kod 49243

Yunanıstan yaxın vaxtlarda Fələstin dövlətini tanıyacaq

Fələstinin nümayəndə heyəti Yunanıstan hökumətinin yaxın vaxtlarda Fələstin dövlətini tanıyacağını söyləyib.
AranNews, xəbər verir ki, Yunanıstanda iqtidardakı hökumətdə çoxluğa sahib olan SYRIZA partiyası ilə Fələstindən nümayəndə heyəti görüşüb.
Maan News-da gedən xəbərə əsasən, Ramallahda keçirilən görüşdə, SYRIZA nümayəndə heyəti yaxın vaxtlarda Yunanıstanın Fələstin dövlətini tanıyacağını bildirib. Ancaq bunun nə vaxt baş verəcəyi ilə bağlı tarix açıqlanmayıb.
Yunanıstanın nümayəndə heyəti "bəzi xüsusi şəraitlərə" görə, Fələstin dövlətini tanımağı təxirə saldıqlarını deyib.
Fələstin tərəfini iclasda Fəth hərəkatından Əzzam əl-Əhməd, Fələstin Demokratik Xalq Qurtuluş Cəbhəsindən Mamaqani Əbdülkərim və Fələstin Milli Təşəbbüsündən Mustafa Barquti təmsil edib.
  • Yazılıb
  • da (də) 2016 Jun 14
  • Göndərən مدير سايت Aran News