Tarix : 2016 Jun 12
Kod 49216

Azərbaycanlıların 36%-i siqaret çəkir

Azərbaycan Dövlət Statistika Komitəsi: "Əhalinin 36 faizi siqaret çəkir ki, bunun da mütləq əksəriyyətini 15 və daha yuxarı yaşda olan kişilər təşkil edir".
Arannews- Azərbaycanda siqaret çəkən qadınlar orta hesabla gündə 10, kişilər isə 16,2 ədəd siqaret çəkirlər.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir.
2016-cü ildə ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-64 yaşlı qadınlar arasında siqaret çəkmə halı qeydə alınmayıb. Bu yaş qrupunda olan kişilərin 0,9 faizi, 20-44 yaş qrupunda olan kişilərin 29,6 faizi, 45-64 yaş qrupu arasında olanların 51,2 faizi, 65 və yuxarı yaşda olan kişilərin isə 36,6 faizi siqaret çəkir.
65 və yuxarı yaşda olan qadınların isə 0,1 faizi siqretdən istifadə edir.
Əhalinin 36 faizi siqaret çəkir ki, bunun da mütləq əksəriyyətini 15 və daha yuxarı yaşda olan kişilər təşkil edir.


  • Yazılıb
  • da (də) 2016 Jun 12
  • Göndərən مدير سايت Aran News