Tarix : 2016 Jan 20
Kod 47636

İraqda 18 min 802 nəfər həyatını itirib

Birləşmiş Millətlər Təşkilatı, İraqda 18 min 802 nəfərin həyatını itirməsi barədə yeni sənədlər yayimlayib.
AranNews- BMT İraqda 1 yanvar 2014-cü ildən 31 oktyabr 2015-ci ilədək ən azı 18 min 802 nəfər insanın həyatını itirdiyini açıqlayıb.
İraqdakı əhalinin şiddətə məruz qaldığını bildirən BMT, ölkə içərisində 3,2 milyon nəfərin öz evlərini tərk etmək məcburiyyətində qaldığını da qeyd edib.
Göstərilən sənəddə 36 min 245 nəfərin yaralandığı da qeyd olunub.
Ölüm hallarının təxminən yarısının Bağdadda meydana gəldiyini bildirən təşkilat, qeyri-rəsmi olaraq, göstərilən ölü sayının əslində, daha çox ola biləcəyini də diqqətə çatdırıb.
  • Yazılıb
  • da (də) 2016 Jan 20
  • Göndərən مدير سايت Aran News