Tarix : 2015 Oct 13
Kod 46627

İrakli Qaribaşvili: "Azərbaycan Respublikasi ilə strateji əməkdaşlıq olub, var və bizim dövlətin, hökumətin əsas istiqamətlərindən olaraq qalacaq"

“Təbii ki, biz ölkələrimiz arasında mövcud sıx və dostluq əlaqələrindən danışdıq, eləcə də strateji əməkdaşlığın perspektivlərini müzakirə etdik. Azərbaycana dair heç nəyə yenidən baxılması planlaşdırılmır. Azərbaycan ilə strateji əməkdaşlıq olub, var və bizim dövlətin, hökumətin əsas istiqamətlərindən olaraq qalacaq. Heç bir diversifikasiyadan, Azərbaycan qazının əvəzlənməsindən söhbət getmir, bu, cəfəngiyyatdır və həqiqətə uyğun deyil”, - İrakli Qaribaşvili bəyan edib.

Arannews- Azərbaycan qazının əvəz edilməsinə dair heç bir danışıqlar aparılmır, Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu barədə jurnalistlərə Azərbaycana şənbə günü səfəri zamanı təbii qazın alınmasına dair məsələnin müzakirə edilməsi barədə suala cavab verərkən bildirib .

Bu barədə Qruziya onlayn-n xəbər verir .

Baş nazir qeyd edib ki, heç nəyi dramatikləşdirmək lazım deyil .

Təbii ki, biz ölkələrimiz arasında mövcud sıx və dostluq əlaqələrindən danışdıq, eləcə də strateji əməkdaşlığın perspektivlərini müzakirə etdik. Azərbaycana dair heç nəyə yenidən baxılması planlaşdırılmır. Azərbaycan ilə strateji əməkdaşlıq olub, var və bizim dövlətin, hökumətin əsas istiqamətlərindən olaraq qalacaq. Heç bir diversifikasiyadan, Azərbaycan qazının əvəzlənməsindən söhbət getmir, bu, cəfəngiyyatdır və həqiqətə uyğun deyil”, - İrakli Qaribaşvili bəyan edib .

Baş nazir əsasən siyasətçiləri əhalini çaşdırmamağa çağırıb. Onun sözlərinə görə, Əliyev ilə görüşdə onlar iki ölkə arasında münasibətlərin inkişafının labüdlüyü barədə, eləcə də Azərbaycan prezidentinin Gürcüstana səfəri barədə danışıblar . 


  • Yazılıb
  • da (də) 2015 Oct 13