Tarix : 2015 Oct 12
Kod 46611

Nardaranda "Beynül-Hərəmeyn" meydanının açılış mərasimi keçirilib

Bu meydan Nardaran qəsəbəsinin mərkəzində, İmam H üseyn(ə) və Həzrət Əbülfəzl(ə) meydanları arasında, İmam Rza(ə)-ın əziz bacısı Bibi Rəhimənin(s.ə) ziyarətgahına gedən yolun üstündə yerləşir.

Arannews- Məhərrəm ayının gəlib çatması münasibətilə Bakının Nardaran qəsəbəsində simvolik bir hərəkətdə, Kərbəlanı xatırladan "Beynül-Hərəmeyn" meydanının açılış mərasimi keçirilib .

Bu meydan Nardaran qəsəbəsinin mərkəzində, İmam H üseyn(ə) və Həzrət Əbülfəzl(ə) meydanları arasında, İmam Rza(ə)-ın əziz bacısı Bibi Rəhimənin(s.ə) ziyarətgahına gedən yolun üstündə yerləşir .

Simvolik xarakter daşıyan bu meydanın açılış mərasimi yağışlı bir havada baş tutsa da, kənd əhalisi və mömin insanlar onda geniş iştiraka malik olublar .

Bu mərasimdə iştirak edənlər Kərbəla şəhidlərinə olan sevgi və məhəbbətlərini bəyan etməklə yanaşı, Sovet İttifaqı dönəmində İslam yolunda mübarizə aparmış alimlərin xatirəsini də yad ediblər.

 


  • Yazılıb
  • da (də) 2015 Oct 12