Tarix : 2015 Oct 05
Kod 46552

Veysəl Orucov Azərbaycan Respublikasini küfr diyarı adlandırdı

Veysəl Orucov azərbaycanlı radikal cihatist və İŞİD-çi ünsürlərlə Türkiyədə və bəzi vaxtlar isə Səudiyyədə görüşlər təşkil edir.

Arannews- hazırda Səudiyyə Ərəbistanında yaşayan Gürcüstün vətəndaşı Veysəl Orucov Azərbaycan Respublikasında radikal cihatist Əl-Qaidəçi və İŞİD-çi dindarların mənəvi lideridir və onlara davamlı fitvalar verməklə yanaşı, gizli görüşlər belə təşkil edir .

Daxil olan məlumatda o da vurğulanır ki, Veysəl Orucov azərbaycanlı radikal cihatist və İŞİD-çi ünsürlərlə Türkiyədə və bəzi vaxtlar isə Səudiyyədə görüşlər təşkil edir. Cənubi Qafqazda, Türkiyədə gənclərin Suriyada cihada dəvətlərinin başında da məhz Veysəl Orucov durur.

Məlumatda vurğulanır ki, Veysəl Orucov ən çox azərbaycanlı dindarları Əl-Qaidənin qolu sayılan "Əhrar-əl Şham" qruplaşmasına qoşulmağa çağırır və bu istəyinə nail olmaq üçün Türkiyədə və Səudiyyəyə dəvət edilən gəncləri ikna etmək üçün görüşlər belə təşkil edir.

Veysəl Orucov Azərbaycanı kafir diyarı belə adlandırır.

Veysəl Orucovun əli İçəri Şəhərdə yerləşən "Ləzgi" məscidinə belə çatır. Məlumatda iddia edilir ki, bu gün qeyd edilən məscid İŞİD-in nəzarətindədir və məsçidin rəhbəri də Veysəl Orucovla daima bağlantıda olur.

  • Yazılıb
  • da (də) 2015 Oct 05