Tarix : 2015 Oct 05
Kod 46551

Əgər orta məktəblərdəki hicab qadağası tezliklə həll olmazsa, direktorlar məhkəməyə veriləcək

V.Nadiroğlu:" hazırda da bəzi məktəblərdə direktorlar özbaşınalıq edib yenidən hicab qadağasına başlayıblar. bu qadağalar tamamilə qanunsuzdur."

Arannews- Məktəblərdə hicaba qoyulan qadağaya görə, 3 il əvvəl keçirilən, lakin aktuallığını qoruyan “Hicaba azadlıq” aksiyası barədə Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Vüsal Nadiroğlu münasibət bildirib .

Vüsal Nadiroğlu sözlərinə görə, “Hicaba azadlıq” mitinqindən sonra, bir çox təhsil müəssisələrində hicab qadağası ləğv olunub: “Bu gün 5 Oktyabr 2012-ci ildəki 3-cü “Hicaba Azadlıq” mitinqinin ildönümüdür. Bu aksiya və mitinqlərdən sonra, mömin qardaşlarımız və ruhanilərimiz həbsə məhkum oldu. Şübhəsiz, mitinqlərin və həbslərin nəticəsində bir çox təhsil müəssisələrində hicab qadağası ləğv olundu ”.

V.Nadiroğlu söyləyib ki, hazırda da bəzi məktəblərdə direktorlar özbaşınalıq edib yenidən hicab qadağasına başlayıblar: “Halbuki, bu qadağalar tamamilə qanunsuzdur. Görünür, bu direktorlar ölkəmizdə sabitliyi pozmağa iddialıdırlar. Biz xəbərdarlıq edirik: Əgər orta məktəblərdəki hicab qadağası tezliklə həll olmazsa, direktorlar məhkəməyə veriləcək, aksiya və mitinqlərimiz davam edəcəkdir. Bu dünyada Azadlıq heç vaxt verilmir, alınır! Azadlığımız kimliyimizdir !”

  • Yazılıb
  • da (də) 2015 Oct 05