Tarix : 2015 Sep 16
Kod 46476

Qazprom” və SOCAR Rusiyadan Azərbaycana qaz tədarükünün bərpa edilməsinin perspektivlərini müzakirə ediblər

“Qazprom” tərəfindən Azərbaycana təbii qaz tədarükünün bərpa edilməsi...

Arannews- Rusiyanın “Qazprom” korporasiyası və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyadan Azərbaycana qaz tədarükünün bərpa edilməsinin perspektivlərini  müzakirə ediblər. APA-nın verdiyi xəbərə görə, bu barədə “Qazprom” şirkətindən “TASS” xəbər agentliyinə daxil olmuş press-relizdə bildirilir .   

 Tərəflər enerji sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət “Qazprom” tərəfindən Azərbaycana təbii qaz tədarükünün bərpa edilməsindən gedib”, deyə məlumatda qeyd olunub .

Məlumatda vurğulanır ki, qaz ixracı Azərbaycanın bu enerji daşıyıcısına artan ehtiyaclarını ödəməyə imkan verəcək .  

Qeyd edək ki,  “Qazprom” korporasiyasının rəhbəri Aleksey Miller və SOCAR prezidenti Rövnəq Abdullayev arasında görüş ötən gün Rusiyanın Sankt Peterburq şəhərində baş tutub .  

  • Yazılıb
  • da (də) 2015 Sep 16