Tarix : 2015 Aug 29
Kod 46383

Ermənistanda yeni etiraz aksiyaları başlayacaq

aksiya sentyabrın 1-də yerli vaxtla saat 16-da Gənclər parkında başlayacaq.

Arannews- Ermənistanda "Talana yox" Təşəbbüs Qrupunun etiraz aksiyası sentyabrın 1-də yenidən başlayacaq.

bunu qrupun üzvü Artuş Çibuxçiyan bildirib.

Məlumata görə, aksiya sentyabrın 1-də yerli vaxtla saat 16-da Gənclər parkında başlayacaq.

O qeyd edib ki, aksiyalar müvəqqəti olaraq, dayandırılmışdı: "Ermənistan Elektrik Şəbəkəsi"ndəki yoxlamaların nəticəsini gözləyirdik. Növbəti dəfə aldadıldığımızı gördük. Tələblərimizn heç biri yerinə yetirilmədiyindən bu dəfə dayanmayacağıq, istəklərimiz təmin olunanadək aksiya keçirəcəyik".

Xatırladaq ki, iyulun 1-dən etibarən Ermənistanda eklektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilib.

  • Yazılıb
  • da (də) 2015 Aug 29