Tarix : 2015 Aug 26
Kod 46372

Iran Islam Respublikasi Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır

M.Pakayin Qarabağdakı vəziyyətin qəbuledilməz olduğunu deyərək, İranın münaqişənin ədalətli həllinə tərəfdar olduğunu bəyan edib.

Arannews- İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Möhsün Pakayin bildirib ki, ölkəsi Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daha çox diqqət ayırır .

İranın Azərbaycandakı səfiri bu barədə “İRNA”-ya müsahibəsində deyib. Səfir vurğulayıb ki, İran münaqişənin həllinə kömək etməyə hazırdır .

Pakayin Qarabağdakı vəziyyətin qəbuledilməz olduğunu deyərək, İranın münaqişənin ədalətli həllinə tərəfdar olduğunu bəyan edib .

  • Yazılıb
  • da (də) 2015 Aug 26