Tarix : 2015 Aug 25
Kod 46367

Ermənistanda Fələstin səfirliyi açılmayacaq

Fələstinin Bakıdakı səfirliyi Fələstin Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və hər iki qurum tərəfindən İrəvanda Fələstin səfirliyinin açılması barədə niyyətin olmadığı təsdiq edilib.

Arannews- Fələstin dövlətinin Bakıdakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə gələcəkdə Ermənistanda Fələstin səfirliyinin açılacağı barədə yayılan xəbərin yalan olduğunu bildirən nota ilə müraciət edilib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib .

 

Notada bildirilir ki, bu xəbər “Zhamanak Daily” və ona istinadən Azərbaycanın bəzi xəbər portallarında yayıldıqdan sonra Fələstinin Bakıdakı səfirliyi Fələstin Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və hər iki qurum tərəfindən bu xəbərin yalan olduğu və ümumiyyətlə, İrəvanda Fələstin səfirliyinin açılması barədə niyyətin olmadığı təsdiq edilib .

 

Ermənistan KİV-in Azərbaycanın xarici, müdafiə və təhlükəsizlik siyasətinə xələl gətirmək məqsədilə bir çox hallarda qəsdən dezinformasiya və təxribat xarakterli məlumatlar yaydıqlarını nəzərə alaraq, Azərbaycan XİN tərəfindən bəzi yerli kütləvi informasiya vasitələrinə dəqiqləşdirmə və yoxlama aparmadan bu kimi xəbərlərin yayılmasından çəkinməsi tövsiyə olunur .

 

Qeyd edək ki, Ermənistanın “Zhamanak Daily” xəbər agentliyi Fələstinin Böyük Britaniyadakı erməni əsilli səfirinin “East Magazine”ə (Vostok) verdiyi müsahibəsinə istinadən yaxın gələcəkdə İrəvanda Fələstin səfirliyinin açılacağı barədə xəbər yayıb.

  • Yazılıb
  • da (də) 2015 Aug 25