Tarix : 2015 Aug 25
Kod 46364

Azərbaycanli ekspert: Minsk Qrupu təxribat törədir

ATƏT-in Minsk Qrupunun təxribatı açıq şəkildə görünür.

Arannews- Dünən axşam saatlarında cəbhənin Ağdam və Xocavənd istiqamətində baş verənləri Hafta.az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, cəbhədə baş verənlər ermənilərlə yanaşı onların havadarlarının, işğalçıları idarə edənlərin Azərbaycana qarşı birbaşa təxribatıdır :

 Azərbaycan dəfələrlə xəbərdarlıq edib ki, düşmənin təxribatlarına ikiqat artıq zərbə ilə cavab veriləcək. Bu dəfə onlar minaatanlardan istifadə etdiyinə görə Azərbaycanın hərbi rəhbərliyi də onları ən sərt şəkildə cəzalandırdı. Bizim əsgərlərimiz də erməni təxribatının qarşısını alaraq verilən tapşırığı çox uğurla yerinə yetiriblər. Bizdə olan məlumata görə, düşmən 5 nəfər itki verib. Onlar tərəfdən 8 nəfər isə yaralanıb. Əslinə qalsa yaralananların da, həlak olanların da sayı çoxdur. Müdafiə Nazirliyi isə radioelektron məlumatlar əsasında bu qədər itki olduğunu bildirir. Çünki onlar məlumatları bir–birilərinə ötürəndə ölü və yaralı sayını dəqiq deməyiblər. Dəqiq say bu gün və ya sabah erməni mətbuatında öz əksini tapacaq. Ermənistan bu dəfə daha sarsıdıcı zərbə alıb. Çünki Azərbaycan Müdafiə Nazirliyi düşmənin avtomat silahlarına avtomat və pulemyotlardan, minatanlardan atdıqları atəşə cavab olaraq minaatan və artilleriyadan cavab atəşi açmaq göstərişi verib. Ermənistan nə qədər ağılsız siyasət yürüdəcəksə, itkiləri də bir o qədər çox olacaq ”.

Üzeyir Cəfərovun sözlərinə görə, dünənki təxribatların arxasında ATƏT-in Minsk Qrupu dayanır :

 Bizim əsgərlər öz torpağı, namusu uğrunda yaralanır, şəhid olur. Erməni əsgər anaları isə bir daha Serj Sarkisyanın və müdafiə nazirlərinin yaxasından yapışacaqlar. Ermənilərin özlərinin cəsarəti çatmaz ki, Azərbaycan əsgərinə qarşı həmlələr həyata keçirsinlər. Açıq demək lazımdır ki, erməniləin havadarları prezidentlərin sentyabrda baş tutması gözlənilən Nyu–York görüşünə mövzu hazırlayırlar. Onlar İlham Əliyevlə Serj Sarkisyanın görüşünü təşkil etməklə hər hansı bir iş gördüklərinin görüntüsünü yaratmaq istəyirlər. Burada ATƏT-in Minsk Qrupunun təxribatı açıq şəkildə görünür. Bunu çəkinmədən deməliyik. İndiyə kimi hansı hadisə olubsa, ermənilər vassal kimi başqalarının aləti kimi təqdim olunub. Onlar da bundan ustalıqla istifadə ediblər ”.  

  • Yazılıb
  • da (də) 2015 Aug 25