Tarix : 2015 Aug 20
Kod 46341

Azərbaycan Respublikasinda ərzaq mallarının qiymətləri sürətlə artırılır

qiymətləri ilk qaldıran firmalar I Avropa Oyunlarına sponsorluq edən firmalar olub.

Arannews - Bir neçə gündür ki, Azərbaycanda ərzaq mallarının qiymətləri sürətlə artırılır. Artıq mağazalarda çay, qənd, şəkər tozu, makaron, yağ, toyuq, süd məhsullarının qiymətləri 15 faizdən 35 faizədək qaldırılıb .

Bakı medialarının məlumatlarına görə, bu ilin fevral ayında manatın 35 faiz devalvasiyası zamanı qiymətlərin də qalxacağı deyilirdi. Lakin ölkə rəhbərliyinin məsələyə müdaxiləsindən sonra qiymət artımlarının qarşısı alındı. Qiymətlərin növbəti artım mərhələsi kimi Bakıda keçirilən I Avropa Oyunlarının sona çatması göstərilirdi. Gəzən söz-söhbətlərdə qiymətlərin I Avropa Oyunlarından sonra qalxacağı deyilirdi. Və gözlənilən oldu .

Mağaza satıcıları ilə söhbətlərdə məlum olub ki, qiymətləri ilk qaldıran firmalar I Avropa Oyunlarına sponsorluq edən firmalar olub. Bunların siyahısında “Milla”, “Prokter & Gembl Azərbaycan Servisləri” MMC, “Azərsun” Holdinq ilk sıralarda dururlar.

  • Yazılıb
  • da (də) 2015 Aug 20