Tarix : 2015 Jul 14
Kod 46179

Elçin Behbudov D.Əsgərov və Ş.Quliyevin erməni girovluğundan azad olunması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

E.Behbudov müraciətində beynəlxalq təşkilatlardan D.Əsgərov və Ş.Quliyevin tezliklə azad olunması üçün səylərini əsirgəməməyi xahiş edib.

Arannews - İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov, Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad olunması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib .

E.Behbudovun verdiyi məlumata görə, müraciət BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Avropa Şurasının Parlament Assambleyasına və Cenevrədə yerləşən İşgəncələrə Qarşı Ümumdünya Təşkilatına göndərilib .

O, qeyd edib ki, beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə hazırda Şuşa həbsxanasında saxlanılan D.Əsgərov və Ş.Quliyevə ermənilər tərəfindən verilən dəhşətli işgəncə faktlarına diqqət çəkilib və təşkilatlardan soydaşlarımızın tezliklə azad olunması üçün prosesə müdaxilə edərək beynəlxalq hüquqi qiymət verilməsi xahiş olunub .

E.Behbudov müraciətində beynəlxalq təşkilatlardan D.Əsgərov və Ş.Quliyevin tezliklə azad olunması üçün səylərini əsirgəməməyi xahiş edib .

O, əlavə edib ki, rəhbərlik etdiyi Komitənin rəsmən üzv olduğu və sıx əməkdaşlıq etdiyi İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı ilə hazırda bu məsələ barədə danışıqlar aparır .

  • Yazılıb
  • da (də) 2015 Jul 14