Tarix : 2015 Jun 11
Kod 46025

Şok iddia: qadınlar bir qutu siqaretə satılır

İŞİD üzvlərinin ələ keçirdikləri torpaqlarda ilk işi uşaq yaşlarındakı gənc qızları qaçırmaq və “özününküləşdirmək”dir.

Arannews - İŞİD terror təşkilatı İraq və Suriyada qadınları bir qutu siqaret qarşılığında kölə kimi satır.

 bu barədə BMT-nin cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Zainab Bangura bildirib.

Aprel ayında İraq və Suriyada araşdırmalar aparan Bangura bu ölkələrdə İŞİD tərəfindən bazarlarda kölə kimi satılan, daha sonra qaçmağı bacaran qadınlarla görüşüb. O, terror təşkilatının bu döyüşü qadınların bədəni üzərindən apardığını deyib.

BMT-nin xüsusi nümayəndəsinin sözlərinə görə, İŞİD üzvlərinin ələ keçirdikləri torpaqlarda ilk işi uşaq yaşlarındakı gənc qızları qaçırmaq və “özününküləşdirmək”dir.

 

  • Yazılıb
  • da (də) 2015 Jun 11