Tarix : 2015 Jun 02
Kod 45997

Eldəniz Quliyevin məhkəməsi təxirə salındı

Növbəti məhkəmə prosesi 8 iyun tarixində baş tutacaq

Arannews - Azərbaycan Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış ziyalı Eldəniz Quliyevin müraciəti əsasında keçirilən məhkəmə prosesi 8 iyun tarixinə qədər təxirə salınıb.

Bu barədə E.Quliyevin özü məlumat verib.

E.Quliyevin sözlərinə görə, məhkəmə həmin tarixə qədər kəsilən cərimənin ödənilməsini də əsas tələb kimi irəli sürüb:

Məhkəmə 8 iyuna qədər təxirə salındı. Bu müddət ərzində mən bəzi sənədləri məhkəməyə təqdim etməliyəm. Sağlamlıq durumumla bağlı həkim rəyi və yaş senzi ilə əlaqədar pensiyaya çıxmağım haqda arayışı da məhkəməyə vermək tələb olunur. Təbii ki, bu müddətə qədər həm də pul cəriməsini tam ödəməliyəm. Bundan əlavə, bir gün də olsun, 480 saat icbari işdən qalmağa ixtiyarım yoxdur”.

  • Yazılıb
  • da (də) 2015 Jun 02