Tarix : 2015 May 28
Kod 45975

ATƏT-in Minsk qrupunun tərkibində dəyişiklik edilməlidir

Minsk qrupuna Iran və Türkiyədə daxil edilməldir.

Arannews _ ATƏT-in Minsk qrupunun tərkibində dəyişiklik edilməlidir

Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin TTV-yə müsahibəsində deyib ki, hazırda Minsk qrupuna həmsədrlik edən ABŞ, Rusiya və Fransa Ermənistan lobbisinin təsir edə bildiyi ölkələrdəndir. Ona görə də münaqişənin həlli uzanır .

Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu qədər müddət ərzində həll edilməməsi ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin nəticəsidir. Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin deyir ki,  20 ildən çox vaxt keçməsinə baxmayaraq,  Ermənistan BMT-nin məlum qətnamalərinə əməl etmirsə və bu müddətdə aparılan danışıqlar nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarından 1 metr də ərazi boşaldılmayıbsa, Minsk qrupunun tərkibində dəyişiklik edilməli, ya da alternativ yaradılmalıdır: "Bu qrupa Türkiyə və İran da daxil edilməldir.

ABŞ, Rusiya və Fransa erməni lobbisinin təsir etdiyi ölkələrdir. Odur ki, Minsk qrupu münaqişənin həllində konkret addım ata bilmir.  Həmsədrlərin  faktiki fəaliyyəti vaxt uzatmağa hesablanıb: "Çox uzandı. Yəni açığı 25 il böyük müddətdir. BMT-nin qərarları var. Əslində beynəlxalq aləm öz qiymətini verib. Ermənsitanla yanaşı, Minsk qrupundan da bu qətnamələrin icrasını tələb etmək lazımdır ". 

Hikmət Çətin deyir ki, əgər bu gün dünya liderləri sülhün bərqərar olmasından danışırlarsa, Qafqaza da nəzər yetirsinlər. Bu bölgədə sülhə mane olan bircə amil var - o da Ermənistanın işğalçılıq siyasəti .

  • Yazılıb
  • da (də) 2015 May 28