Tarix : 2015 May 19
Kod 45920

Ermənistan parlamentinin yeni plan

Yeni planda göstərilir ki, ölkənin siyasi xəritəsi Sovet Ermənistanının restavrasiyası, yəni yerli özünüidarə variantı şəklində olmalıdır

Arannews Ermənistan parlamenti bu dəfə ölkəni çətin vəziyyətdən çıxarmaq üçün yeni "plan" hazırlayıb.  

ermənilərin yeni planında ölkənin ayaqda qalmasının tək yolu kimi sovet idarə üsulunun yenidən təşkil olunması göstərilir.   Məlumata görə, Rusiyada SSRİ-nin yenidən təşkili məsələsi öz həllini taparsa, ermənilər oraya daxil olmağa hazırdır.

Ermənistan parlamenti yeni idarə üsuluna keçmək üçün referenduma getmək niyyətindədir. Bunun üçün Sovet dövründə olduğu kimi, 10-15 kəndin bir şəhər mərkəzində birləşdirməsi məsələsini irəli sürürlər. Yeni planda göstərilir ki, ölkənin siyasi xəritəsi Sovet Ermənistanının restavrasiyası, yəni yerli özünüidarə variantı şəklində olmalıdır.  

Hazırda iqtidar partiyasından olan bir sıra erməni deputatlar bu çıxış yolunun Ermənistanı çətin vəziyyətdən xilas edəcəyinə ümid edirlər . 

  • Yazılıb
  • da (də) 2015 May 19