Arannews – İranda bir ata oğlunun qatilini
edam zamanı bağışlayıb.
89 yaşlı iranlı Möhsün adlı fermerin bir neçə müddət bundan əvvəl gözünün
ağı-qarası olan oğlu qətlə yetirilib.
Qatil İran hüquq-mühafizə orqanları tərəfindən
tutularaq aidiyyəti üzrə Islam qanunlarıyla məsuliyyətə cəlb olunub. Amma bu
gün Möhsün oğlunun qatilini bağışlayıb. Qeyd edək ki, qatil barəsində ölüm
hökmü 8 may tarixində həyata keçəcəkdi.
O, 8
mayda edam olunacaqdı. Amma göründüyü kimi, qətlə yetirilənin atası oğlunun
qatilini bağışlayır. Bu mənzərə dünyanın bir çox yerlərində böyük maraq
doğurub.
Məlumata görə, Möhsün özü qatilin boğazından kəndiri
çıxarıb.