Tarix : 2015 Apr 25
Kod 45761

Azərbaycan Respublikasinda siyasi fəallara və jurnalistlərə qarşı repressiyalar güclənib

Azərbaycanda mövcud olan sərt avtoritar rejim onlarla siyasi fəalı, jurnalisti və hüquq müdafiəçisini həbsxanalarda saxlayı

Arannews - Azərbaycanda son dövrlərdə siyasi fəallara, jurnalistlərə və vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı repressiyalar güclənib .

Amerikanin Səsi” radiosunun ingilis versiyasında Azərbaycandakı repressiyalardan bəhs edən məqalə dərc edilib .

 

Məqalədə deyilir :

Azərbaycanda son dövrlərdə siyasi fəallara, jurnalistlərə və vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı repressiyalar güclənib. Bu günlərdə tanınmış hüquq müdafiəçisi, vəkil İntiqam Əliyevin uzun müddətə azadlıqdan mərhum edilməsi ilə bağlı çıxarılmış hökm Azərbaycan hakimiyyətinin müstəqil səsləri boğmağa yönəlmiş repressiya siyasətində növbəti addımdır. Bu cinayət işinin siyasi motivli olduğunu İntiqam Əliyev məhkəmədə bəyan edib. İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov da uzun müddətə azadlıqdan mərhum edilib. Elə bu həftə hakimiyyətin korrupsiya əməllərini araşdıran Xədicə İsmayıl ilə bağlı növbəti proses olub. Vəkillərin vəsatətini əsas gətirərək hakim Xədicə İsmayılın şüşə kameradan çıxarılaraq vəkillərlə yanaşı oturması barədə qərar çıxarmasına baxmayaraq mühafizəçilər buna imkan verməyiblər. Azərbaycanda mövcud olan sərt avtoritar rejim onlarla siyasi fəalı, jurnalisti və hüquq müdafiəçisini həbsxanalarda saxlayır. Jurnalistləri Müdafiə Komitəsinin verdiyi məlumata görə, Azərbaycan Eritreya və Şimali Koreya ilə yanaşı mətbuata ən çox təzyiq göstərilən 10 ölkədən biridir.

  • Yazılıb
  • da (də) 2015 Apr 25