Tarix : 2015 Feb 07
Kod 45397

Azərbaycan və Ermənistan prezidentləri Almaniyadan çağırış edildi

Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinə çağırış ediblər

Arannews -  ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinə yenidən çağırış ediblər .

Məlumata görə, həmsədrlər tərəfləri prezidentlər arasında dialoqu yeniləməyə çağırırlar .

Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ilə Münhendə baş tutan görüşdən sonra deyiblər .

Qeyd edək ki, bundan əvvəl də həmsədrlər son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərginləşdiyindən prezidentlərə çağırış edərək görüşün keçirilməsinin vacibliyini vurğulayıblar.   

  • Yazılıb
  • da (də) 2015 Feb 07