Tarix : 2015 Jan 27
Kod 45344

Rusiya Avropa Şurası Parlament Assambleyasın-dan çıxır

bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin AŞPA sədri Ann Brasserlə keçirdiyi mətbuat konfransı zamanı deyib

Arannews - Rus nümayəndə heyətinin səlahiyyətləri tam bərpa olunmasa, Rusiya Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) üzvlüyünü dayandıracaq .

 bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin AŞPA sədri Ann Brasserlə keçirdiyi mətbuat konfransı zamanı deyib .

Narışkin rus nümayəndə heyətinin səsvermə hüququnun ləğvini beynəlxalq hüquq və insan haqlarına zidd adlandırıb .

Ann Brasser də öz növbəsində Krımın da birləşdirilməsini beynəlxalq hüquq normalarına zidd olduğunu vurğulayıb .

Onun sözlərinə görə, AŞPA kriteriyalarını pozan rus nümayəndə heyəti assambleyanın prinsip və qaydalarına cavab vermir .

  • Yazılıb
  • da (də) 2015 Jan 27