Tarix : 2015 Jan 17
Kod 45292

Rusiya müsəlmanlari mitinq keçirməyə hazırləşirlər

Rusiya da ayağa qalxır

Arannews - Moskvada yaşayan müsəlmanlar mitinq keçirməyə hazırlaşır .

bu barədə dindar fəal Əli Çarinskiy Yutub hesabında danışıb .

Çarinskiy dünən Moskva meriyasına müraciət edildiyini, mitinqin də yanvarın 25-nə planlaşdırıldığını açıqlayıb. Mitinqdə 100 min müsəlmanın iştirak edəcəyi gözlənilir .

Çarinskiy bu mitinqin "Şarli Hebdo"nun Məhəmməd peyğəmbərlə bağlı karikaturalar nəşr etməsinə etiraz olaraq keçiriləcəyini bildirib. Mokva meriyası icazə verməsə belə, icazəsiz mitinqin keçiriləcəyi vurğulanıb .

Mitinqlərin həmçinin Mahaçqala və Qroznıda keçirilməsi də planlaşdırılır. Mahaçqalada yanvarın 18-i, Qroznıda isə 19-u mitinqin keçirilməsi gözlənilir .

  • Yazılıb
  • da (də) 2015 Jan 17