Tarix : 2014 Nov 13
Kod 44690

İranda istehsal olan RQ170 pilotsuz təyyarənin Amerikaya təklif olmasi

Onun amerikalı nümunəsi qənimət kimidir deyə geri verməyəcəyik. Lakin əgər Amerikanın İran əleyhinə sanksiyaları ləğv olunarsa, bəlkə onun bir İran variantını Amerikaya verək.

AranNews- İranın RQ170 tipli pilotsuz təyyarəsinin uçuş videosunun yayımlanacağ. Amerikanın RQ170 pilotsuz təyyarəsinin qənimət olaraq götürülməsindən İranın RQ170 tipli pilotsuz təyyarəsinin uçuşuna qədər 3 ildən az bir zaman keçdi.
O deyib: Bu müddətdə onlarla digər proyekt müəyyənləşdirildi ki, təkcə onlardan biri RQ170 təyyarəsinin düzəldilməsi, dizayn edilməsi və mühəndisliyi idi.
İran Keşikçilər Korpusunun aeronavtika qüvvələri komandanı bildirib: İranın RQ170 pilotsuz təyyarəsinin müxtəlif formalarda və müxtəlif ölçülərdə kütləvi istehsalı gələn ildə başlanacaq.
General Hacızadənin sözlərinə görə, hazırda İranın RQ170 pilotsuz təyyarəsinin əsas vəzifəsi döyüş və bombardmançıdır və günəş ilinin sonuna qədər pilotsuz təyyarənin kütləvi istehsalına başlanacaq.
Hacızadə deyib: İranın RQ170 pilotsuz təyyarəsinin istehsalında əks dizayn həyata keçirilib. Əks dizaynın əks mühəndisliklə çoxlu fərqləri vardır. Bu mənada ki, Amerikanın RQ170 pilotsuz təyyarəsinin korpusu metaldır, İranın RQ170 pilotsuz təyyarəsinin isə korpusu fərqlidir və metaldan deyildir ki, onun radara düşməmək səviyyəsinin artmasına səbəb olub.
General Hacızadə radara düşməmək və gizli qalmağı RQ170 təyyarəsinin əsas xüsusiyyətlərindən adlandırıb və deyib: Bu xüsusiyyətlər səbəb olub ki, bu pilotsuz təyyarə regionda MKİ-nin casusluğunda əsas rolu oynasın. Əlbəttə bu təyyarənin qənimət götürülməsi ilə amerikalılara böyük zərbə vuruldu və asanlıqla o yara sağalmayacaq.
İranlı mütəxəssislərin bacarıqları sayəsində bu pilotsuz təyyarənin əks dizayn edilməsi və onun önəmli daşıyıcılarının əldə olunmasını vurğulayan general-mayor deyib: Bu daşıyıcıların əldə edilməsi təyyarənin özündən çox önəmlidir və RQ170 təyyarəsinin ələ keçirilməsi ilə əslində casusluq, gizli qalmaq və yığılan məlumatlar sahəsində təyyarənin potensialları, eləcə də amerikalıların casusluq üçün istifadə etdikləri yolları əldə etdik.
İranın RQ170 pilotsuz təyyarəsinin potensial və xüsusiyyətlərinə toxunan Hacızadə deyib: İranın RQ170 pilotsuz təyyarəsi uzunmüddətli uçuşa malikdir və bu pilotsuz təyyarənin öz ölçüsündə olan təyyarələr və digər qədim təyyarələrlə müqayisədə funksiyasını daha yaxşı formada yerinə yetirməsinə kömək edir.

  • Yazılıb
  • da (də) 2014 Nov 13