Tarix : 2014 May 06
Kod 42764

ABŞ Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış separatçı rejiminin “müstəqiliyini” tanıyıb

Dağlıq Qarabağ Respublikasının tanınması üçün qanun layihəsini Los-Anceles şəhərindən olan deputat Mayk Qato parlamentinə təqdim edib

Arannews - ABŞ-ın Kaliforniya Ştatında parlamentin komitəsi Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış separatçı rejiminin “müstəqiliyini” tanıyıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, sözügedən ştatın qanunverici orqanı Dağlıq Qarabağa demokratik dəstəyi inkişaf etdirmək üçün məsələ də qaldırıb. Kaliforniya Məclisinin hər iki palatasında səsvermə isə may ayının 8-də olacaq.

Qeyd edək ki, “Dağlıq Qarabağ Respublikası”nın tanınması üçün qanun layihəsini Los-Anceles şəhərindən olan deputat Mayk Qato Kaliforniya parlamentinə təqdim edib.


  • Yazılıb
  • da (də) 2014 May 06